Dünyada 6 milyona yaxın tibb bacısı çatışmır




Dünyada koronavirus pandemiyasına qarşı daha effektli mübarizə aparmaq üçün 5,9 milyon tibb bacısı çatışmır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünyan Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Sənədə əsasən, hazırda dünya səhiyyə sistemində 28 mln. tibbi bacısı işləyir.

2013-2016-cı illərdə onların sayı 4,7 milyon çoxalsa da, bu sahədə çatışmazlıq qalmaqdadır. Bildirilib ki, tibbi işçiləri əsasən Afrika, Cənub-Şərqi Asiya ölkələrində və başqa yerlərdə çatışmır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu