Misirdə 5,3 bal gücündə zəlzələ baş verib
Misirin İsmailiyyə şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.
AFN.az xəbər verir ki, yeraltı təkanlar Misirlə yanaşı, İordaniya, Livan, Fələstin və İsraildə də hiss olunub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ Departamentinin yaydığı məlumata görə, yerli vaxtla saat 03:00-da episentri Misirin İsmailiyyə şəhəri olan 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Müəyyən edilib ki, zəlzələ 5,47 kilometr dərinlikdə baş verib.
Misir mətbuatında yer alan xəbərlərə əsasən, paytaxt Qahirə başda olmaqla ətraf şəhərlərdə də hiss olunan zəlzələ nəticəsində ilkin məlumata görə hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Yeraltı təkanlar Misirlə yanaşı İordaniya, Livan, Fələstin və İsraildə də hiss olunub.



