ABŞ qanunsuz miqrantlara gündəlik 1000 dollar cərimə tətbiq edəcək


ABŞ prezidenti Donald Tramp administrasiyasının ölkədə qanunsuz şəkildə yaşayan şəxslərə gündəlik 1000 dollaradək cərimə tətbiq etməyə hazırlaşdığı iddia edilib.

ABC News-un xəbərinə görə, Amerika Federal Qeydiyyat İdarəsi tərəfindən yayımlanacaq yeni təlimat sənədinin mətninə bu cərimələr daxil olunub.

Xəbərdə bildirilir ki, həmin sənəddə ABŞ-a hər bir qanunsuz giriş üçün 100–500 dollar arası, hakim tərəfindən verilmiş könüllü deportasiya qərarına əməl etməyənlər üçün təxminən 10 min dollaradəkson deportasiya qərarını yerinə yetirməyənlər üçün isə gündəlik 1000 dollaradək cərimənin tətbiq ediləcəyi nəzərdə tutulur.

Hazırda hökumət cərimə tətbiq etməzdən 30 gün əvvəl qanunsuz şəkildə ölkədə olan şəxslərə xəbərdarlıq göndərir. Lakin yeni təlimat qüvvəyə minsə, bu müddətə baxmadan birbaşa cərimə tətbiq edilə biləcəyi qeyd olunur.

Digər tərəfdən bu cərimələrin ABŞ-a qanunsuz daxil olan, ölkədə qanunsuz qalan, məhkəmənin könüllü deportasiya qərarını yerinə yetirməyənyekun deportasiya qərarlarını görməməzliyə vuran şəxslərə tətbiq ediləcəyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu