Vladimir Putinin razılığa gəlməsini istəyirəm - Tramp


ABŞ administrasiyası Rusiyanın Ukrayna böhranının həlli üçün razılığa gəlməsini istəyir.


AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp Rusiya neftinə qarşı ikinci dərəcəli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin mümkünlüyü ilə bağlı suala cavabında deyib: "Xeyr, mən Rusiya prezidenti Vladimir Putinin razılığa gəlməsini istəyirəm".

Tramp "NBC News"a müsahibəsində deyib ki, Moskva Ukraynada sülh razılaşması əldə etməsə, Rusiya neftinə ikinci dərəcəli məhdudiyyətlər tətbiq edəcək. "Rusiya neftini alsanız, ABŞ-da bizneslə məşğul ola bilməzsiniz. Bütün neftin rüsumları 25%-dən 50%-ə qədər olacaq", - deyə o, əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu