Timsah qadını parçalayıb


İndoneziyanın Banqka Belitunq əyalətinin Panqkal Pinanq şəhərində itkin düşən 45 yaşlı qadının qalıqları tapılıb.


AFN.az xəbər verir ki, bu barədə İndoneziya mediası məlumat yayıb.

Qalıqları qayığı ilə çayı keçən balıqçı görüb. O, sahildə insan bədəninin hissələrini görüb. "Yaxınlıqda daha bir neçə parça suda üzürdü. Onların yanında bir timsah var idi" - deyə balıqçı bildirib.

Onun əlaqə saxladığı xilasedicilər qalıqları toplayıb və məhkəmə-tibbi ekspertizaya göndəriblər. İtkin düşən qadının motosikleti hadisə yerinin yaxınlığındakı körpünün kənarında tapılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu