Türkiyədə oteldə yanğına görə 4 nəfər saxlanılıb
Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində 66 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı aparılan istintaq çərçivəsində Türkiyədə 4 nəfəri saxlanılıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
"66 vətəndaşımızın həlak olduğu oteldə baş vermiş yanğınla bağlı Bolu Baş Prokurorluğu tərəfindən başlanmış məhkəmə istintaqı çoxşaxəli və hərtərəfli aparılır. 6 prokurorun iştirak etdiyi istintaq tədbirləri çərçivəsində 4 nəfər, o cümlədən otel sahibi saxlanılıb" deyə nazir X hesabında yazıb.
Türkiyənin Radio və Televiziya Ali Şurası KİV-də yanğınla bağlı məlumatların işıqlandırılmasına məhdudiyyətlər qoyub.