"Airbus" 2500 nəfəri ixtisar edəcək


"Airbus" peyk layihələrində itkiləri artırdıqdan sonra Müdafiə və Kosmos departamentində 2500 nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.


Şirkətdən verilən açıqlamada, xüsusilə zərər verən Kosmos Sistemlərində mürəkkəb iş mühiti səbəbindən yeni tədbirlərin görüləcəyi və kosmos departamentinin işçi qüvvəsinin yenidən strukturlaşdırılacağı bildirilib.

“Bu tədbirlər nəticəsində 2026-cı ilin ortalarına qədər "Airbus"un Müdafiə və Kosmik departamentində 2500-ə qədər mövqenin ixtisarı gözlənilir”, - deyə məlumatda qeyd edilir.

Şirkətin açıqlamasında ixtisarların təfərrüatlarının sosial tərəfdaşlar, xüsusilə də həmkarlar ittifaqları ilə birlikdə müəyyən ediləcəyi də vurğulanıb.

Sözügedən ixtisarların daha çox Almaniyadakı müdafiə bölməsinin qərargahında olacağı gözlənilir.

Təxminən 35 min nəfərin çalışdığı "Airbus"un müdafiə və aviasiya bölməsi ilin ilk yarısında 989 milyon avro zərər gördüyünü açıqlayıb.

Baş ofisi Fransada olan "Airbus" Almaniya, İngiltərə və İspaniyada da əməliyyatlar həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu