Tramp: Həbs olunmam Amerika xalqı üçün qırılma nöqtəsi olar


ABŞ-ın keçmiş prezidenti Donald Tramp həbs olunmasının qırılma nöqtəsi olacağını söyləyib. Alacağı cəzanı qəbul etməyə hazır olduğunu bildirən Tramp, tərəfdarlarının bunu yaxşı qarşılayacağına əmin olmadığını bildirib.



ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühakimə olunan ilk ABŞ prezidenti olduqdan sonra "Fox News"a danışıb.

Yayımlanan müsahibədə Tramp təqsirli bilindikdən sonra həbs və ya ev dustaqlığının məhkəmə tərəfindən məqsədəuyğun hesab edilməsi ehtimalını qəbul edib.

"Cəzamı qəbul etməyə hazıram" deyən Tramp, ictimaiyyətin bunu yaxşı qəbul edəcəyinə əmin olmadığını əlavə edib.

O, həbs cəzası ilə bağlı "Düşünürəm ki, ictimaiyyət üçün bunu qəbul etmək çətin olacaq. Müəyyən bir məqamda qırılma nöqtəsi ola bilər" deyib.

Mənbə: AFP



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu