İngiltərə Mərkəzi Bankı faiz dərəcəsi qərarını açıqlayıb


İngiltərə Mərkəzi Bankı siyasət faizini 5,25 faiz səviyyəsində sabit saxlayıb.



BOE siyasət faizini təxminən 16 ilin ən yüksək səviyyəsi olan 5,25 faiz səviyyəsində sabit saxlasa da, iqtisadiyyatın faiz dərəcələrini endirməyə başlamaq üçün doğru istiqamətdə hərəkət etdiyini bildirib.

BOE-nin 9 nəfərdən ibarət pul siyasəti şurasının səkkiz üzvü siyasət faizini 5,25 faiz səviyyəsində sabit saxlamaq üçün 1 üzvü isə faiz dərəcəsinin azaldılmasına səs verib.

Qeyd edək ki, "Reuters"in sorğusuna qatılan iqtisadçılar da siyasət faizinin sabit qalacağını gözləyirdilər.

Mənbə: "Reuters"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu