Madaqaskarda "Alvaro" qasırğası nəticəsində ölənlərin sayı 19-a çatıb
Madaqaskarda ayın əvvəlindən təsirli olan "Alvaro" qasırğası nəticəsində ölənlərin sayı 19-a yüksəlib.
Milli Risk və Fəlakət İdarəetmə Ofisi (BNGRC) tərəfindən edilən açıqlamada qasırğa nəticəsində 19 nəfərin həyatını itirdiyi, bir çox kənd təsərrüfatı sahəsinin su altında qaldığı bildirilib.
Açıqlamada təxminən 4 ay davam edəcək yağış dövründə ölkədə daha 2 qasırğanın təsirli ola biləcəyi xəbərdarlığı edilib.
Qeyd edək ki, yanvarın 1-də fırtına kimi ölkəyə daxil olan Alvaro, yanvarın 2-dən etibarən təsirini artıraraq qasırğaya çevrilib. Hind okeanında ada ölkəsi olan Madaqaskarda yağışlı mövsüm yanvar ayında başlayır və aprel ayına qədər davam edir.
Keçən il ölkədə təsirli olan "Cheneso" qasırğası nəticəsində ən azı 30 nəfər həlak olmuşdu.