Kilauea vulkanının fəaliyyəti iki həftədən sonra dayanıb


Dünyanın ən aktiv vulkanlarından biri olan ABŞ-ın Havay adalarında yerləşən Kilauea vulkanı iki həftəlik fəaliyyətdən sonra dayanıb.


ABŞ Geoloji Xidmətinin (USGS) Havay Vulkan Rəsədxanası vulkanda aktivliyin dayandığını açıqlayıb.

USGS Havay Vulkan Rəsədxanasından bildirilib ki, lavanın soyuması və krater dibinə axmasının tamamilə dayandırılması həftələr çəkə bilər və onlar bu prosesdə vulkanı müşahidə etməyə davam edəcəklər.

Kilauea vulkanının iki həftəlik fəaliyyəti zamanı ərazidəki yaşayış massivlərinə və tikililərə ziyan dəyməyib.

Püskürmə nəticəsində parlaq və qırmızı lavaların axmasını izləmək istəyən təbiət həvəskarları da Havay Vulkanları Təbiət Parkına axın edib.

Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb. 2018-ci ildə Kilauea vulkanının püskürməsi zamanı 700-dən çox ev dağılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu