Dağıntılardan ölü tapılan gənc qəbiristanlıqda dirildi


Suriyada çökmüş binanın dağıntıları altından ölü çıxarıldığı zənn edilən gəncin qəbiristanlıqda sağ olduğu bilinib.


Musavat.com “Dailystar”a istinadən xəbər verir ki, gəncin heç bir həyat əlaməti olmadığı üçün öldüyü düşünülüb.

Axtarış-xilasetmə qrupları cansız cəsədin şəxsiyyətini müəyyən etmək üçün morqa aparıb. Morqda saxlanılan gənc suriyalı Əhməd əl-Mağribinin ailəsi ilə iki gün sonra əlaqə saxlanılıb. Ailə şəxsiyyəti yoxlanıldıqdan sonra dəfn mərasimi üçün qəbiristanlığa gedərkən, o vaxta qədər öldüyü güman edilən Əhməd əl-Məğribi hərəkət etməyə başlayıb. Ailə üzvləri gənci yenidən xəstəxanaya aparıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu