Azərbaycanın milli parklarından qar görüntüləri yayılıb - FOTOLAR




Qış fəslinin təbiət mənzərələri milli parklarda özünəməxsus gözəllik yaradıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, yağan qar milli parklarımızda gözəl təbiət mənzərələri yaradıb.

Şahdağ Miili Parkında qar görüntüləri bu ərazinin yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür.






Göygöl Milli Parkında da füsunkar mənzərəni, eko-turistlərin qar sevincini görmək mümkündür.





Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da qar örtüyünə bürünüb.




Altıağac Milli Parkının gözəl təbiətinə qar daha da gözəllik qatıb.




Samur-Yalama Milli Parkının meşələrinin qarlı mənzərəsi göz oxşayır.



Aran Qarabağa da qar yağıb. Ağgöl Milli Parkının düzən əraziləri ağappaq görünür.




Bu qış Abşeron yarımadasının ən ucqar nöqtəsinə, Abşeron Milli Parkına da qar yağıb.




Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən bütün turistləri milli parklarımızdakı qışın təbiət gözəlliklərindən zövq almağa dəvət edirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu