Ermənilərdən yeni terror: Azərbaycana axan çay rəngini dəyişdi




Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir.



Zəngəzur mis-molobden kombinatının zəhərli tullantıları Araz çayının qolu sayılan Oxçuçayını çirkəndirib. Zəngilan rayonu və Mincivan qəsəbəsindən keçən çay axıdılan tullantılara görə rəngini tamamilə dəyişib.

Ermənistan Fövqəladə Hallar Nazirliyi Nerkin Qiratax kəndi yaxınlığında zəhərli tullantıların Oxçuçaya qarışdığını və buna görə çayda ciddi çirklənmə olduğunu açıqlayıb. Araşdırmalara əsasən, cinayət işinin açılması gözlənilir. (Modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu