“Heydər Əliyev Fondu bacımı Travmatologiya İnstitutuna göndərdi, əməliyyat etmədilər” - ŞİKAYƏT




“Bacım bir xeyli müddətdir ki, yeriyəndə ayağında ağrı hiss etdiyini, tez yorulduğunu və yerişini itirdiyini deyirdi. Bununla bağlı Sumqayıtda yerləşən travmatologiya xəstəxanasında həkim Xudiyevin qəbulunda olduq. Müayinələr, rentgenlər etdi və bildirdi ki, anadangəlmə və ya sonradan gizli keçirilmiş hansısa xəstəlik üzündən sümüklərin inkişafında problemlər yaranıb. Diz oynaqları və ombanın çanaqla birləşən hissələri düzgün inkişaf etməyib, bu da ayaqlarda uzun-qısalıq yaradıb. Bu isə öz növbəsində onurğanın nisbətən qısa olan ayağa tərəf əyilməyinə səbəb olur”.



Bunu AFN-ə müraciət edən Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, həkim onlara artıq onurğada ikinci dərəcəli əyrilik olduğunu deyib və bildirib ki, əməliyyat olunmalıdır: “Bildirdi ki, bud sümüyü açılacaq, ayağa dəmirlər qoyulacaq, bu, həm qısa ayaq sümüyünün uzadılaraq digər ayağa çatdıracaq, həm də oynaqların birləşməsindəki problemi arafan qaldıracaq. 6 ay müddətində o dəmir aparat ayağında qalmalıdır. Biz də özümüzdə bunu qarşılamağa maddi imkan olmadığı üçün Heydər Əliyev Fonduna müraciət elədik. 15gündən sonra bizimlə əlaqə saxlayıb Sumqayıt Şəhəri 1saylı Klinik Xəstəxanaya baş həkimin qəbuluna çağırdılar. Həkim dedi ki, Heydər Əliyev Fonduna müraciət etmisiz, onunla bağlı şəhər Səhiyyə Şöbəsi sizə göndəriş yazmalıdır. Bir kağız verdilər, getdik Sumqayıt Səhiyə Şöbəsinə. Onlar da göndəriş yazdılar Bakı Travmatologiya İnstitutuna. Orda bu işi Rauf Əliyev görməli idi. Əvvəlcə müayinə etdi sonra göndərişlə gəldiyimizi biləndə səsini atdı başına ki, mən göndərişlə bu əməliyyatı etməyəcəm. Pulunu verirsinizsə edərəm. Gah dedi dövlət bizə ayağa qoyulmaq üçün olan dəmir aparatı vermir, gah dedi ki, növbədə adam çoxdu, camaat aylarla sürünür növbədə. Nuh dedi peyğəmbər demədi. Pulunu verməsəniz əməliyyat etməyəcəm dedi. Təkrar ərizə yazacağımızı dedik, o da dedi gedin hara, kimə yazırsız yazın. Mən bu əməliyyatı etməyəcəm pulsuz. Əgər ayağın səni narahat edirsə hündür ayaqqabı geyin, ya da içinə ortopedik içlik qoy dedi. Məsələ ilə bağlı Səhiyə Naziliyinin qaynar xəttinə də zəng vurdum, təkrar dedilər gedin ora. İki dəfə Rauf Əliyevin qəbulunda olduq. Hər iksində də əməliyyat məsələsini dedi. Ama dediki pulu ilə edəcəm”.

S.Məmmədova bildirdi ki, bacısı R.Əliyevdən əvvəl başqa həkimlərin qəbulunda olub, müayinələrdən keçib: “Onlar da rəy verib ki, aya];nda 5 santimetr gödəklik var, əməliyyat olmasa tədricən onurğası qısa ayaq tərəfə əyiləcək. Zatən əyilmə var hazırda”.

Travmatologiya İnstitutunun həkimi Rauf Əliyev AFN-ə
açıqlamasında bildirdi ki, M.Məmmədova onun yanına Heydər Əliyev Fondunun yox, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin göndərişi ilə gəlib: “Gəldi, yoxladıq, hardasa 3 santimetr qısalıq var idi. Mən yazdım, direktor da oxudu, özünə də başa saldıq ki, sənə əməliyyata ehtiyac yoxdur, get 3 santimetrlik ayaqqabı al gəz. Özünə də dedim, kosmetik əməliyyat etdirmək istəyirsə getsin elətsin. Siyahıda 60 nəfər adam var, o da olsun 61-ci, gözləsin. Dövlətin verdiyi aparatlar hamısı xəstələrin ayağındadır, gərək növbəsini gözləsin. Gedin maraqlanın görün, mən indiyə qədər neçə əməliyyat etmişəm, Fondun göndərişi ilə gələn neçə xəstəni əməliyyat etmişəm. Dedim istəyirsən get aptekdən aparata al gəl bir qəpiksiz əməliyyatını edim. Razılaşmadı, dedi yazacam, dedim get hara istəyirsən yaz, şikayət elə. Heç bir həkim onu əməliyyat edə bilməz, çünki ehtiyac yoxdur. Onda funksional pozğunluq yoxdur, əməliyyata göndəriş ola bilməz. Jurnal var, gəlin qarşınıza qoyum baxın görün nə qədər əməliyyatlar etmişik bir qəpiksiz. Sürünən, şikəst xəstələri göndərirlər dərhal edirik”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin də mövqeyini almaq istəsək də, qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkir zənglərimizə cavab vermədi.

HƏBİBƏ


AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu