"Səlim İnşaat" MMC: "O binada yaşayış yoxdur"




Ötən gün sosial şəbəkədə yayılan foto böyük marağa və təəccübə səbəb olmuşdu. Belə ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yarı tikilmiş binada tikinti işlərinin davam etməsi ilə yanaşı, orada olan mənzillərdən birində yaşayışın olduğu iddia olunurdu.



Artıq həmin binanın "Səlim İnşaat" MMC tərəfindən inşaa olunduğu müəyyənləşib. Şirkətin direktoru Rüstəm Mürsəlov Qaynarinfo-ya açıqlamasında binada yaşayışın olması ilə bağlı iddiaları təkzib edib:

"Binəqədi rayon ərazisində inşa etdiyimiz "Luxor Palace" yaşayış binasına aid kütləvi informasiya vasitələrində və sosial şəbəkədə yayılan informasiyalar həqiqətəuyğun deyil. Şəkildən göründüyü kimi, binanın müəyyən mərtəbəsində reklam xarakterli olaraq bir tamamlanmamış mənzilin fasadı abadlaşdırılıb, pəncərə, eyvan tutacağı və işıqlandırılması vurulub. Bu addım şəffaf marketinq məqsədi ilə atılıb ki, müştəridə hansı fasadlı binada yaçayacağı haqqında təsəvvür yaransın. Təqdim etdiyimiz foto və video görüntülərdə də binanın yüksək keyfiyyətli daş yunu ilə izolyasiya olunduğu görünür".










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu