Naxçıvanda “Narkotikə yox” layihəsi üzrə növbəti təlim Culfada keçirilib


“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasında “Naxçıvan gənclərinin sağlamlığı naminə "Narkotikə yox" təşəbbüsü” layihəsinin növbəti təlimi Culfa rayonunda baş tutub.



Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşan "Naxçıvan gənclərinin sağlamlığı naminə "Narkotikə yox" təşəbbüsü adlı layihə çərçivəsində keçirilən bu təlim Muxtar Respublikada baş tutan sayca dördüncüdür.



Culfa rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsal Möhbalızadə qonaqları salamlayaraq, layihənin məqsədi barədə məlumat verib.



Culfa rayon prokurorunun köməkçisi, ikinci dərəcəli hüquqşünas Heydər İbrahimli belə təlimlərin keçirilməsinin gənclərin həyatındakı mühüm rolundan danışıb.



Layihə rəhbəri, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev gəncləri salamlayaraq layihə mövzusunun aktuallığı barədə danışıb. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra təlimə start verilib.



İlk olaraq təlim iştirakçılarına pre-testlər paylanılıb, sorğunun mahiyyətindən danışılıb. Sonra söz təlimçi, psixoloq Çapay Quliyevə verilib. Təlimçi narkotiklərin fərdi və ictimai təsirləri, asılılıq anlayışı və mərhələləri, gənclər arasında narkotik riskləri, sosial və psixoloji dəstək yolları mövzularında ətraflı çıxış edib. O, zərərli vərdişlərin mənfi fəsadları, o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə gəncləri məlumatlandırıb.



Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara post-testlər paylanılaraq iştirakçılar tərəfindən sorğu cavablandırılıb. Təlim iştirakçılarının suallarına aydınlıq gətirilib.



Yekunda hərbi jurnalist Səxavət Məmmədin yeni çapdan çıxan “Savaş və Duman” kitabı təlim zamanı fərqlənən iki nəfər iştirakçıya hədiyyə edilib.



Yekun təlim 26 iyulda Ordubad rayonunda baş tutacaq.
























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu