Şəhid Zeynal İsmiyevin doğum günüdür


Bu gün şəhid Zeynal İsmiyevin doğum günüdür.



AFN.az xəbər verir ki, Zeynal Mustafa oğlu İsmiyev 2005-ci il iyulun 2-də Lənkəran rayonunda anadan olub. Orta təhsilini Bakı şəhəri Xətai rayonu 263 nömrəli orta məktəbdə alıb. Daha sonra Bakı Biznes və Kooperasiya liseyində təhsilini yarımçıq qoyub və hərbi xidmətə yollanıb.



Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zeynal 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.



Qəhrəmanımız Suraxanı rayonundakı Dədə Qorqud Şəhidlər xiyabanında dəfn olunub.



Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu