İkinci intihar cəhdi və son: Sabunçu xəstəxanasında ölümə aparan laqeydlik


İntihara cəhd edən gənc Sabunçu Tibb Mərkəzində ilkin olaraq xilas edilsə də, nəzarətsizlik səbəbindən özünü üçüncü mərtəbədən ataraq həyatına son qoyub.



AFN.az-a bu barədə məlumatı mərhumun qohumları veriblər. Onların sözlərinə görə, Arazov Nuhbaba Araz oğlu Xaçmaz rayonunun Mollaoba kənd sakini olub, intihar hadisəsi isə bacısıgilə qonaq gəldiyi Əhmədlidə baş verib:



“Əvvəlcə qollarını kəsərək intihara cəhd edib. Əslində, həyatında hər şey qaydasında olan adam idi. İşi, ailəsi, övladının yaxın günlərdə 1 yaşı tamam olacaqdı. Bilinməyən səbəbdən bu addımı atıb. Lakin vaxtında müdaxilə edilərək Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Orada ilkin tibbi yardım göstərilib, həyatı xilas olunub. Amma sonra tək qoyulub. O da üçüncü mərtəbədən özünü ataraq başladığı işi tamamlayıb. Başı dəmir arakəsməyə çırpılıb, bu da ölümcül zədəyə səbəb olub.”



Qohumlar bildirirlər ki, xəstəxanadakı bu laqeydlik Nuhbabanın onlar üçün qaranlıq qalan intiharı qədər təəccüblüdür: İntihara cəhd edən birini necə nəzarətsiz buraxmaq olar? Baxmayaraq ki, o xəstəxana həmişə morq kimi dəyərləndirilib, yenə də belə nəticə gözlənilməz idi.”



Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini verməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu