Əvvəllər Rusiyadan hər hansı müraciət daxil olmayıb


“Yekaterinburqda azərbaycanlılara qarşı kütləvi zorakılıq və qətllərlə müşayət olunan əməliyyat-axtarış tədbirlərinə Rusiya tərəfindən səbəb göstərilən 2001, 2010 və 2015-ci illərdə baş vermiş qəsdən adam öldürmə və adam öldürməyə cəhd hadisələri ilə bağlı Azərbaycana daha əvvəl Rusiya tərəfindən hər hansı müraciət daxil olmayıb”.



Bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov mətbuat konfransında bildirib.



O qeyd edib ki, Rusiyada törədilmiş hadisələrlə bağlı indiyədək prokurorluq orqanlarına hər hansı sorğu daxil olmayıb.



Qeyd edək ki, Rusiya rəsmiləri 27 iyunda törədilmiş zorakılıq əməllərinin daha əvvəlki illərdə törədilmiş hadisələrlə bağlı açılmış cinayət işləri üzrə keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində baş verdiyini bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu