Naxçıvana uçmalı olan təyyarələr hara "uçur"?


Naxçıvan Muxtar Respublikasına aviareyslərdə yenidən gecikmələr və ləğvlər qeydə alınıb.



AFN.az-a müraciət edən sərnişinlər bildiriblər ki, iyunun 24-də saat 19:50-də uçmalı olan təyyarənin reysi gözlənilmədən ləğv edilib və sərnişinlər hava limanından geri qaytarılıb:



“Dedilər ki, təyyarə yoxdur, reys baş tutmayacaq. Nəhayət, ertəsi gün səhər saat 06:30-da 261 nömrəli reyslə uçduq. İyunun 25-də isə saat 20:30-da havaya qalxmalı olan reys yalnız 21:30-da həyata keçirildi. Yenə eyni bəhanə – ‘təyyarə yoxdur’. Bu vəziyyət artıq insanların səbrini tükətmək üzrədir. İl ərzində bu cür hallar bir neçə dəfə baş verir. Bakı–Naxçıvan və əks istiqamətdə uçmaq istəyən insanlar saatlarla, bəzən günlərlə hava limanlarında gözləməyə məcbur qalırlar”.



Sərnişinlərin sözlərinə görə, xüsusilə yay aylarında bu problem daha da kəskinləşir:



“Təyyarələr xarici reyslərə yönləndirilir. Hazırda xarici səfərlər, hətta ən yaxın ölkələrə belə, real dəyərindən dəfələrlə baha başa gəlir. Yay aylarında həm istirahətə gedənlərin, həm də ölkəyə gələnlərin sayı artır, tələbat yüksəlir. Nəticədə isə yük Naxçıvan reyslərinin üzərinə düşür. Uçuşların sayı azaldılır, biz isə saatlarla hava limanlarında gözləyirik”.



Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mövqeyini işıqlandırmağa hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu