Şotlandiyada kütləvi balina ölümü: 1975-ci ildən bəri ilk


Şotlandiyanın şimalındakı Orkney arxipelaqındakı Sandey adasında sahilə çıxan 77 pilot balinanın hamısı ölüb.



Britaniya mətbuatında yer alan xəbərlərə görə, dünən saat 11:00 radələrində Sandey adasındakı Tresness çimərliyində 77 balina sahilə çıxıb.

Hadisəyə İngilis Dalğıc və Dəniz Həyatı Xilasetmə (BDMLR) qrupları müdaxilə edib və balinalardan 12-nin sağ, 65-nin isə ölü olduğu açıqlanıb.

Sağ qalan 12 balinanı xilas etmək mümkün olmadığı aydınlaşdıqda sonra daha çox əziyyət çəkməmələri üçün evtanaziya edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu