Çin dünya ölkələrini sıx əməkdaşlığa çağırıb
Çin dünya ölkələrini sıx əməkdaşlığa və iqtisadi əlaqələrin kəsilməsinə müqavimət göstərməyə çağırıb.
Sinxua agentliyinin verdiyi məlumata görə, bunu Dalyanda Dünya İqtisadi Forumunun yeni liderlərinin görüşü zamanı Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Tsyan deyib.
O, həmçinin sabit təchizat zəncirlərinin saxlanmasını, ticarət və investisiyaların liberallaşdırılmasını qeyd edib: "Yalnız qarşılıqlı əlaqə və bir-birini tamamlama yolu ilə ölkə inkişaf sərhədlərini genişləndirə və yeni sərhədlərə yol aça bilər".
Çin Dövlət Şurasının rəhbəri həmçinin dövlətlər arasında elmi və texnoloji mübadiləni dərinləşdirməyə çağırıb. Onun sözlərinə görə, ölkələr başqalarının maraqlarını nəzərə almadan yalnız öz maraqlarını düşünsələr, qlobal iqtisadi əməliyyatların dəyəri artacaq, lakin regionlar arasında iqtisadi əlaqələr kəsiləcək, mübahisələr və ziddiyyətlər artacaq.