Ağ Ev: Türkiyənin Aİ-yə üzvlüyünü dəstəkləyirik

“Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük istəyini dəstəkləyirik”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Qeyd olunub ki, rəsmi Ankara Aİ-yə üzv ola bilər.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün deyib ki, Türkiyənin Aİ-yə üzvlüyünə şərait yaradıldıqdan sonra Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcək.
NATO-nun Baş katibi Yens Stoltenberq R.T.Ərdoğanın mövqeyini dəstəkləyib.