Vasif Talıbovun ortağının şirkəti cərimələnə bilər


Dövlət Gömrük Komitəsində "Araz Supermarket” MMC barəsində inzibati iş başlanıb.


Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2 (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur. Bu maddədə ilə vəzifəli şəxslərin min manat, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 13 yanvar 2023-cü il tarixdə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxış iclası keçiriləcək.

"Araz Supermarket” MMC 6 yanvar 2011-ci ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi İbrahimov Rəşad Arif oğludur. Lakin mediada gedən məlumatlara görə, MMC "Veysəloğlu” şirkətinin sahibi Aydın Talıbova məxsusdur. Aydın Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla biznes ortağı olduğu deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu