Sumqayıda naməlum kişi meyiti tapılıb - FOTOLAR


2021-ci il sentyabrın 29-da Sumqayıt şəhəri, Novxanı bağları ərazisində 60-70 yaşlarında naməlum kişi meyiti aşkar edilib.


DİN-in Mətbuat Xidmətindən AFN.az-a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: Boyu 163 santimetr, arıq bədən quruluşludur.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (050) 392-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu