Dolların zəifləməsi neftin qiymətini artırdı


ABŞ dollarının məzənnəsi azalınca neft qiymətləri yenə artıb.


“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14.11-ə olan vəziyyətə görə “Brent” markalı neftin iyul fyüçersləri 0,85 % bahalaşaraq 67,62 ABŞ dollarından, “WTI” markalı neftin iyun fyüçersləri də 0,86 % bahalaşaraq 64,37 ABŞ dollardan satılıb.

Qeyd edək ki, bu gün günorta saatlarında dolların ABŞ-ın başlıca ticarət tərəfdaşı olan 6 ölkənin valyutalarına nisbətən məzənnəsini əks etdirən indeksi 0,22 % azalaraq 90,55 bəndə geriləyib, illik inflyasiya səviyyəsi isə aprel ayında gözlənilən 3,6 % əvəzinə 4,2 % olub. Dolların məzənnəsinin azalması isə xammal idxalına rəvac verən amillərdəndir.

“ABŞ-dakı inflyasiya ilə bağlı şübhələr nəticəsində dünən riskli aktivlərinin kütləvi satılmasından sonra enerji bazarı yeni nəfəs aldı”, – deyə “StoneX Group” broker şirkətinin eksperti Kevin Solomon “Bloomberg”ə bildirib.

Bununla belə Asiya ölkələrində koronavirusun yayılması ilə bağlı neftə tələbata dair bədbin gözləntilər neft qiymətlərinin artmasını cilovlayır. Belə ki, ən böyük neft idxalatçısı olan Hindistanda gündəlik yoluxma 300 min nəfərdən çoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu