Kubada “Melissa” qasırğası səbəbilə 735 mindən çox insan təxliyə edilib


Kuba prezidenti Migel Dias Kanel ölkədə təsirini göstərən “Melissa” qasırğası səbəbilə 735 mindən çox insanın təxliyə olunduğunu açıqlayıb.

Kanel bu barədə X sosial platformasında paylaşım edib.

Digər tərəfdən, ABŞ Milli Qasırğa Mərkəzi (NHC) məlumat yayıb ki, qasırğa 3-cü kateqoriya gücündə olub və Kubanın cənub-şərq sahillərinə çatıb.

NHC-nin 27 oktyabr tarixli əvvəlki açıqlamasında isə, saatda 260 kilometr sürətlə hərəkət edən qasırğanın şiddətinin ən təhlükəli səviyyə sayılan 5-ci kateqoriyaya yüksəldiyi bildirilmişdi.

Qasırğanın Yamaykanın paytaxtı Kinqstonun 205 kilometr cənub-qərbində yerləşdiyi və qərb istiqamətində irəlilədiyi qeyd olunub. Mərkəzin proqnozlarına görə, “Melissa” həm Yamaykada, həm də Kubanın cənub-şərq hissəsində quruya çatacaq.

Açıqlamada həmçinin bildirilib ki, qasırğa yaxın günlərdə Yamayka və Kubada dağıdıcı küləklərə, Karib dənizi hövzəsinin digər ərazilərində isə güclü yağışlara, daşqınlara və torpaq sürüşmələrinə səbəb ola bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu