Tramp Çinə tətbiq edilən tarifləri 20 faizə qaldırdı


ABŞ prezidenti Donald Tramp ölkəyə gələn fentanillə mübarizə apara bilmədiyi üçün Çinə tətbiq edilən rüsumları 10%-dən 20%-ə qaldırıb.


Tramp keçən ay imzaladığı fərmanla ABŞ-a daxil olan fentanil səbəbiylə Çin idxalına 10 faiz gömrük rüsumunu tətbiq edib.

Tramp sərəncamında Çinin fentanil də daxil olmaqla sintetik opioidlərin ABŞ-a axınının qarşısını almaq üçün tədbir görməməsinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid yaratdığını və Çinin bu böhranı yüngülləşdirmək üçün kifayət qədər addımlar atmadığını bildirib.

Buna görə Çindən idxala tətbiq edilən tarif dərəcəsi 20 faizə qaldırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu