Böyük Britaniya G7 ölkələri arasında son 3 ildə ən az investisiya yatırılan ölkədir


Artıq üçüncü ildir ki, Böyük Britaniya G7 ölkələri arasında ən az investisiya yatırılan ölkədir.



Londonda yerləşən İctimai Siyasət Araşdırmaları İnstitutunun (IPPR) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına əsaslanan təhlilinə əsasən, Böyük Britaniya investisiyaların həcminə görə son 30 ilin 24-ündə G7 ölkələri arasında aşağı yerdə qərarlaşıb.

2022-ci il üçün ən son müqayisəli məlumatlar göstərib ki, Böyük Britaniyada özəl sektorun investisiyaları üçüncü ildir ki, bütün digər G7 ölkələrindən aşağı olub.

Bundan əlavə Böyük Britaniya 31 OECD ölkəsi arasında özəl sektora investisiyalar üzrə 28-ci yerdədir.

Sloveniya, Latviya və Macarıstan Ümumi Daxili Məhsul baxımından Böyük Britaniyadan daha çox özəl sektor investisiyalarını cəlb edib.

Yalnız Yunanıstan, Lüksemburq və Polşada özəl sektorun sərmayələri Böyük Britaniyadan daha aşağı səviyyədə qalıb. Böyük Britaniyanın G7 ölkələri arasında orta investisiya cəlb etdiyi son dövr 1990-cı ildir.

Təhlillərə görə, əgər Böyük Britaniya bu müddət ərzində investisiya səviyyəsini qoruyub saxlaya bilsəydi, ölkəyə 1,9 trilyon dollarlıq əlavə investisiya qoyulmuş olardı.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu