Bayden "Helene" və "Milton" qasırğaları üçün Konqresdən təcili əlavə maliyyə tələb edib


ABŞ prezidenti Co Bayden Konqresdən "Helene" və "Milton" qasırğalarının vurduğu, yüzlərlə insanın həyatını itirdiyi fəlakət bölgələrinə təcili əlavə büdcə ayırmağı tələb edib.



Ağ Evdən verilən açıqlamaya görə, Bayden məsələ ilə bağlı Nümayəndələr Palatasının sədri respublikaçı Mayk Consona məktub yazıb.

Bayden məktubunda "Helene" və "Milton" qasırğalarına və digər təbii fəlakətlərə sürətli reaksiya vermək üçün Konqresdən təcili əlavə maliyyə tələb etdiyini qeyd edib.

Qasırğalardan təsirlənən Florida, Corciya, Şimali Karolina və Cənubi Karolina ştatlarında ailələr, iş adamları və səlahiyyətlilərlə görüşdüyünü ifadə edən Bayden, daha əvvəl də böyük qasırğalardan sonra büdcənin təmin edildiyinə diqqət çəkərək, Konqresi təcili hərəkətə keçməyə çağırıb.

ABŞ mətbuatına görə, Baydenin Konqresdən tələb etdiyi təcili əlavə büdcə təxminən 100 milyard dollara bərabərdir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu