ABŞ Almaniyaya 600-ə qədər "Patriot" satacaq


ABŞ Dövlət Departamenti NATO müttəfiqi Almaniyaya təxminən 5 milyard dollara 600-dək Patriot hava hücumundan müdafiə sisteminin mümkün satışını təsdiqləyib.


AFN.az-ın xəbərinə görə, bu barədə Pentaqondan bildirilib.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir: “Təklif edilən satış Almaniyanın cari və gələcək təhdidlərə qarşı dayanma qabiliyyətini təkmilləşdirəcək və silahlı qüvvələrinin müdafiə qabiliyyətini artıracaq”.

Məlumatda qeyd edilir ki, "Lockheed Martin" müvafiq avadanlıq və texniki yardımı əhatə edən mümkün satış üçün əsas podratçı olacaq.

Agentlik ABŞ Konqresinə mümkün satış barədə məlumat verib.

NATO-nun yeni müdafiə planlarına əsasən, Almaniya böyük gərginlik və ya müharibə vəziyyətində infrastrukturunu və hərbi qüvvələrini qorumaq üçün hava hücumundan müdafiə sistemlərini dörd dəfə artırmalı olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu