Brent markalı neftin qiyməti fevralın 15-dən bəri ilk dəfə 81 dollardan aşağı düşüb


Dünya birjasında neftin qiyməti 1% ucuzlaşıb. Brent fyuçerslərinin bir barelinin qiyməti isə fevralın ortalarından bəri ilk dəfə Londonun ICE birjasında 81 dollardan aşağı rəqəm göstərib. Müvafiq məlumat mayın 23-də ticarət məlumatlarından sonra verilib.



Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,96% azalaraq bir barel üçün 81,11 dollar təşkil edib.

WTI markalı yanacağın iyul fyuçersləri 1,16% ucuzlaşaraq 76,67 dollar olub.

Bir gün əvvəl ekspertlər neftin qiymətinin növbəti ayda 80 dollar/bareldən aşağı düşə biləcəyini irəli sürmüşdülər. Belə ki, aprelin 26-da xammal 90 dollar/barelə satılırdısa, mayın 21-də Brent markalı iyul fyuçerslərinin qiyməti bir barel üçün 82 dollara düşüb. Eyni zamanda investorlar qeyd ediblər ki, Yaxın Şərqdəki qeyri-müəyyən vəziyyət kotirovkalara təsir etmir. Bununla belə, onlar neftin qiymətinin İran prezidenti İbrahim Rəisinin ölümündən sonra İranla bağlı ssenariləri dəyişə biləcəyini irəli sürüblər. Mütəxəssislər hakimiyyət mübarizəsi zamanı neftin qiymətlərinin artacağını gözlədiklərini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu