Neftə tələbatın azalmasına dair ehtimallar qiymətlərə təsir edir
Bu gün Londonun “İCE Futures” birjasında səhər keçirilən hərrac zamanı “Brent” markalı neftin yanvar fyüçersləri 1,42 faiz ucuzlaşaraq 42,91 ABŞ dollarından satılıb. Dünən isə həmin müqavilələr 0,6 faiz bahalaşmışdı.
“Report” xəbər verir ki, Nyu York Əmtəə Birjasında (NYMEX) da “WTI” markalı neftin dekabr fyüçersləri dünən 0,8 faiz ucuzlaşdıqdan sonra bu gün səhər daha 1,82 faiz ucuzlaşaraq 40,37 dollardan satılıb.
Bu gün neftin ucuzlaşması daha çox kopronavirusun yeni dalğası üzündən neftə tələbatın azalması ilə bağlı narahatlıqlarla bağlıdır. Bununla belə “Trading Economics” ehtimal edir ki, bu həftə hər iki müqavilənin 10 faizədək bahalaşması ilə başa çata bilər.