ABŞ-dan Çinin cavab qərarına ilk reaksiya


ABŞ-ın maliyyə naziri Skot Besent Çinin ABŞ-ın idxalına vergini 84 faizə yüksəltmək qərarının Pekin administrasiyası üçün itki olacağını bildirib.


Besent "Fox News"a Çinin prezident Donald Trampın tariflərinə cavab vermə qərarını dəyərləndirib.

Tramp administrasiyasının Çinlə danışıqlara ümid etdiyini ifadə edən Besent "Çin tərəfinin beynəlxalq ticarət sistemində ən pis cinayətkar olduqları üçün danışıqlara gəlmək istəməməsi təəssüf doğurur. Dünyanın müasir tarixində ən balanssız iqtisadiyyata sahibdirlər. Mən deyərdim ki, bu vəziyyət onlar üçün itkidir" deyib.

ABŞ-ın Çinə ixracatının onlarınkından 5 dəfə çox olduğunu bildirən Bessent "Ona görə də tariflərini artıra bilərlər. Nə olacaq?" deyib.

Besent ABŞ sərmayədarlarının səhmləri almaqla Pekin administrasiyasına töhfə verdiyi üçün Çin səhmlərini ABŞ fond bazarından çıxarmağı nəzərdən keçirib-keçirməmələri ilə bağlı sualı da cavablandırıb.

Bu mövzuda "Məncə hər şey masanın üstündədir" deyən Besent yüksək təhlükəsizliklə əlaqəli dəyərli məhsullar üçün ixrac nəzarəti tətbiq edəcəklərini və ABŞ investorlarının Çin hərbi texnikasını maliyyələşdirən investisiyalar etməməli olduqlarını söyləyib.

Besent "Bu, Prezident Trampın qərarı olacaq. Prezident Tramp və Çin sədri Şi Cinpin arasında çox yaxşı şəxsi münasibətlər var. İnanıram ki, bu, ən yüksək səviyyədə həll olunacaq" qiymətləndirməsini edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu