Amansızlıqla öldürülən Çərkəz idmançı imiş


Oktyabrın 9-da axşam saatlarında Hövsan qəsəbəsində 28 yaşlı Çərkəz Əfrayıl oğlu Ələsgərov amansızlıqla qətlə yetirilmişdi.



AFN Qafqazinfo-ya istinadla xəbər verir ki, 2006-cı il təvəllüdlü 2 yeniyetmə tərəfindən idarə etdiyi avtomobildə öldürülən Çərkəz idmançı olub. Dostları onun uzun müddət idmanla məşğul olduğunu qeyd ediblər.

İşdən sonra taksi fəaliyyəti göstərən Çərkəz Ələsgərovun idarə etdiyi avtomobilə hadisə baş verən gün 2 yeniyetmə əyləşərək Hövsana getmək istədiklərini bildiriblər. Hövsandakı Bağça küçəsi adlanan əraziyə çatdıqda həmin şəxslər bıçaqla sürücüyə hücum edərək onun boğaz nahiyəsinə ağır xəsarət yetiriblər. Ç.Ələsgərova 40-a yaxın bıçaq xəsarəti yetirərək onu qətlə yetirən şəxslər daha sonra maşınını götürərək qaçıblar. Hadisədən qısa vaxt sonra qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb və yeniyetmələr tutularaq istintaqa cəlb ediliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu