Qrenlandiyanın baş naziri: ABŞ-ın bəyanatları hörmətsizlikdir


Qrenlandiyanın baş naziri Jens-Frederik Nielsen ABŞ-ın ölkəsi ilə bağlı açıqlamalarını hörmətsizlik adlandırıb və "Qrenlandiya heç vaxt alına biləcək bir mülk olmayacaq" deyib.


Nielsen Danimarkaya səfəri zamanı keçirdiyi mətbuat konfransında ABŞ-ın Qrenlandiyaya nəzarət etmək istəyi ilə bağlı qiymətləndirmələr edib.

“ABŞ-ın bəyanatları hörmətsizlik idi” deyən Nilsen, ABŞ-a qarşı Danimarka ilə əməkdaşlıq etmələri lazım olduğunu vurğulayıb.

Danimarkanın Qrenlandiyaya investisiya edə biləcəyini qeyd edən Nielsen, "Qrenlandiya heç vaxt kiminsə ala biləcəyi bir mülk olmayacaq" deyib.

Baş nazir Nielsen Vaşinqton rəhbərliyi ilə dialoqa açıq olduqlarını da ifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu