Nigeriyada meningitdən 20 şagird öldü
Nigeriyanın şimalındakı Yobe əyalətində menengit epidemiyasından 20 şagirdin öldüyü bildirilib.
Yobe əyalətinin Təhsil Nazirliyinin rəsmilərindən olan Məhəmməd İdris mətbuata verdiyi açıqlamada əyalətdəki bəzi məktəblərdə menengit epidemiyası aşkar etdikləri barədə məlumat paylaşıb.
İdris epidemiya səbəbiylə 20 şagirdin öldüyünü, bəzi şagirdlərin isə xəstəxanada müalicə olunduğunu bildirib.
Məhəmməd İdris menengit epidemiyasına qarşı sağlamlıq tədbirlərini artırdıqlarını və lazımi tədbirləri gördüklərini qeyd edib.
Nigeriya hökuməti 2030-cu ilə qədər xəstəliyi məğlub etmək üçün yeni tədbirlər gördüyünü açıqlayıb.
Hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədənə təsir edə bilir.